Türkiyə istehsalı olan "Kaan" qırıcısı ilk uçuşunu həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
"Milli muharip uçak" adlandırılan təyyarənin uçuşu uğurla yerinə yetirilib. Türkiyə bununla 5-ci nəsil hərbi təyyarəyə sahib ölkələrin sırasına daxil olub.
Təyyarə hər cür hava və yer hədəflərinə yönəlik strateji imkanlar verəcək. O, yüksək hava döyüş məsafəsi və səsdən yüksək sürətlə dəqiq və tam vuruş xüsusiyyətləri ilə fərq yaradacaq.