Modern.az

Şolts Makronla razılaşmadı: Ukraynaya qoşun göndərmirik...

Şolts Makronla razılaşmadı: Ukraynaya qoşun göndərmirik...

Dünya

27 Fevral 2024, 16:34

"Ukraynaya Qərb dövlətlərinin quru qoşunlarının yeridilməsi planı yoxdur".

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

 

Almaniya kansleri Olaf Şolts Frayburqa səfəri zamanı bildirib ki, gələcəkdə Ukrayna torpaqlarında Avropa dövlətləri və ya NATO dövlətləri tərəfindən oraya göndəriləcək nə quru qoşunları, nə də əsgərlər olacaq.

 

Polşa və Çexiya hökumət başçıları da öz hərbçilərini Ukraynaya göndərməyi planlaşdırmadıqlarını bildiriblər.

 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etmədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə