Son bir ildə 2 mindən çox Hindistan vətəndaşı Ermənistanda yaşayış statusu alıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən "Sputnik Armenia"ya məlumat verilib.
Məlumata görə, daha iki hindistanlı Ermənistan vətəndaşlığı üçün müraciət edib və onlardan birinə bu vətəndaşlıq verilib.
Eyni zamanda, 2023-cü ildə pakistanlılardan Ermənistan vətəndaşlığı almaq üçün heç bir müraciət olmayıb, azyaşlı Pakistan vətəndaşından sığınacaq üçün yalnız bir müraciət olub.
Ermənistana sığınacaq üçün ümumilikdə 370 nəfər müraciət edib ki, onlardan 103-ü İraq, 91-i Ukrayna, 13-ü Rusiya Federasiyası vətəndaşları olub.