Modern.az

Putin Ukraynaya qoşun göndərmək istəyən Qərb dövlətlərini HƏDƏLƏDİ

Putin Ukraynaya qoşun göndərmək istəyən Qərb dövlətlərini HƏDƏLƏDİ

Dünya

29 Fevral 2024, 14:22

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qoşun göndərməyi düşünən Qərb dövlətlərinə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Putin Federal Məclisə illik müraciəti zamanı danışıb.


“Onlar (Qərb) başa düşməlidirlər ki, bizim də onların ərazilərində hədəflərə zərbə vura biləcək silahlarımız var", - Purin deyib.

 

O qeyd edib ki, Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq:

 

"Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”.

 

Qeyd edək ki, bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukraynaya avropalı qoşunların göndərilməsi istisna olunmamalıdır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə