Modern.az

Ukrayna Rusiyanın daha 2 Su-34 təyyarəsini vurub

Ukrayna Rusiyanın daha 2 Su-34 təyyarəsini vurub

Dünya

29 Fevral 2024, 16:32

Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu məlumatı öz teleqram kanalında Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk yayıb.

 

Onun sözlərinə görə, təyyarələr Avdeyevka və Mariupol istiqamətində vurulub. Ukrayna Silahlı Qüvvələri bir gündə 3, fevralda isə 13 Rusiya təyyarəsini məhv edib.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə