Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Səfərin məqsədi Antalya Diplomatik Forumunda iştirak etməkdir.
Orada o, türkiyəli həmkarı Hakan Fidan, həmçinin Azərbaycan XİN başçısı Ceyhun Bayramov, eləcə də Qırğızıstan, Özbəkistan xarici işlər nazirləri və Esvatini kralı ilə danışıqlar aparacaq.