Modern.az

İmamoğlu Kılıçdaroğlunun üzünə dedi ki, daha uduzmaq istəmirəm - Qapalı görüş...

İmamoğlu Kılıçdaroğlunun üzünə dedi ki, daha uduzmaq istəmirəm - Qapalı görüş...

Dünya

4 Mart 2024, 11:46

Məlum olduğu kimi, 2023-cü ilin mayında keçirilən Türkiyədəki son prezident seçkilərində müxalifətin namizədi Kemal Kılıçdaroğlunun məğlubiyyətindən sonra onun sədri olduğu Cümhuriyyət Xalq Partiyasında (CHP) "değişimciler" cərəyanı ortaya çıxmışdı. Ötən ilin 4-5 noyabr tarixlərində keçirilən CHP qurultayında bu cərəyanın namizədi Özgür Özel partiya sədri seçildi. May-noyabr dövründə CHP-də çoxlu müzakirələr, mübahisələr, hərəkətlənmələr müşahidə olundu.

 

Modern.az xəbər verir ki, partiyanın qarşıdakı yerli seçkilərdə İzmir bələdiyyəsinin sədrliyinə namizədi Cemil Tuqay KRT televiziyasına müsahibəsində o dövrlə bağlı maraqlı hadisəni açıqlayıb.

 

Belə ki, 22 iyul 2023-cü il tarixində Kılıçdaroğlu CHP-nin bələdiyyə sədrləri ilə mətbuata qapalı toplantı keçirib.

 

Tuqayın sözlərinə görə, toplantıda iştirak edən İstanbul meri Ekrem İmamoğlu ilə Kemal Kılıçdaroğlu arasında maraqlı dialoq yaşanıb.

 

"Cənab sədr, biz bir yerdə xəta edirik, bu xətanı tapıb dəyişdirməliyik", - İmamoğlu deyib.

 

Namizəd bildirib ki, həmin toplantıda tribunada çıxış edən İmamoğlu içindəki kədəri hamıya hiss etdirib: "Dedi ki, biz uduzmalı olmayan insanlarıq, biz doğru insanlarıq, biz çalışqan insanlarıq, bu ölkəni sevən insanlarıq. Soruşdu ki, biz niyə bu seçkini uduzduq? Dedi ki, mən bundan sonra Türkiyədə heç bir seçkini uduzmaq istəmirəm. O qədər içdən dedi ki, açığı, mən orada İmamoğluna ürəkdən bağlandım. Ekrem başqanın uğurlu olmaqla bağlı qərarlılığı var".

 

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 31 mart tarixində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə