Modern.az

AKP-nin müttəfiqi olan partiyanın sədri QƏZAYA DÜŞDÜ - FOTO

AKP-nin müttəfiqi olan partiyanın sədri QƏZAYA DÜŞDÜ - FOTO

Dünya

4 Mart 2024, 16:02

Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Desticinin də içində olduğu maşın qəza keçirib. Qəzada partiya sədri və BBP-nin Tokat vilayət təşkilatının rəhbəri Mustafa Omalar xəsarət alıblar.

 

Hələlik yaralıların vəziyyəti və qəzanın səbəbi məlum deyil.

 

Qeyd edək ki, mərhum siyasətçi Muhsin Yazıcıoğlunun yaratdığı partiya hazırda Cümhur İttifaqında təmsil olunur və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyasi müttəfiqidir.

 

1328991

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir