Modern.az

Rusiyanın 15 təyyarəsi məhv edilib

Rusiyanın 15 təyyarəsi məhv edilib

Dünya

4 Mart 2024, 20:55

Ukrayna təkcə bu həftə Rusiyaya məxsus 7 hərbi təyyarəni məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

"Fevralın əvvəlindən Rusiya 15 hərbi təyyarəsini itirib. Bu, onların itkilərinin düzgün dinamikasıdır”, - o, axşam videomüraciətində deyib.

 

Fevralın sonunda Ukrayna Silahlı Qüvvələri fevralın cəmi iki həftəsi ərzində Rusiyanın 13 döyüş təyyarəsini vurduqlarını, bu rəqəmin müharibənin əvvəlki aylarından xeyli çox olduğunu açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir