Türkiyənin Çanakkale vilayətində yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətina Yenice rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.9 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 10.44 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Axşam saatlarında baş verən yeraltı təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss olunub.