Modern.az

Ermənistana məxsus aviaşirkət uçuş istiqamətlərini artırıb

Ermənistana məxsus aviaşirkət uçuş istiqamətlərini artırıb

5 Mart 2024, 16:54

Ermənistanın "Flyone Armenia" aviaşirkəti 2024-cü ilin yayında bir sıra yeni istiqamətlərə uçuşlara başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Məlumata görə, yay tətili üçün yeni maraqlı istiqamətlər təklif olunur: Nitsa, Barselona, ​​Tivat, Burqas və Düsseldorf. Bu istiqamətlərə uçuşlar 2024-cü ilin may və iyun aylarında başlayacaq.

 

Qeyd olunub ki, hazırda aviaşirkət Rusiya Federasiyasının şəhərlərinə - Moskva, Sankt-Peterburq, Yekaterinburq, Soçi, Mineralnıye Vodı, eləcə də Avropa şəhərlərinə - Paris, Larnaka və Milana uçuşlar həyata keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir