Almaniya gömrüyü Belarus ərazisindən Rusiyaya sanksiyalaşdırılmış avtomobil qaçaqmalçılığını aşkar edib.
Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, şübhəlilər 2022-ci ilin iyun ayından Belarusa ixrac etmək bəhanəsi ilə dəyəri 28 milyon avrodan çox olan 400-dən çox dəbdəbəli avtomobili Rusiyaya satıblar.
Alman səlahiyyətliləri Berlin və Brandenburqda 7 özəl və korporativ ünvana basqın keçirib və 25, 49 və 52 yaşlı üç şübhəlini saxlayıb.
Dəyəri 1 milyon avrodan çox olan pul, daşınmaz əmlak və avtomobil formasında olan aktivlərə də həbs qoyulub.