Modern.az

Rusiyada İES-də partlayış - 16 nəfər xəsarət alıb

Rusiyada İES-də partlayış - 16 nəfər xəsarət alıb

Dünya

6 Mart 2024, 08:24

Rusiyada istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə Rusiya Federasiyasının Tıva Respublikasının Uluq-Xem rayonundakı Şaqoran İES-də baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Uluq-Xem rayon administrasiyasının sədr müavini Buyan Maskır bildirib.

 

Onun sözlərinə görə, obyektdə olan qalan şəxslərin vəziyyəti normaldır.

 

Tıva hökuməti bu məlumatı təsdiqləyib, yaralananların vəziyyəti dəqiqləşdirilir. Bildirilib ki, Şaqoran İES-də dörd qazanxananın heç biri zədələnməyib və ştat rejimində işləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?