Modern.az

Dünyanın ən çirkli şəhəri bəlli oldu

Dünyanın ən çirkli şəhəri bəlli oldu

Dünya

6 Mart 2024, 08:42

Təxminən doqquz milyon əhalisi olan Vyetnamın paytaxtı Hanoy dünyanın ən pis hava çirkliliyinə malik şəhərlərinin antireytinqində birinci yerdə qərarlaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq havanın keyfiyyətinin qiymətləndirilməsi xidməti “IQAir”in monitorinq məlumatlarına əsasən, martın 5-də Vyetnam paytaxtının havasında PM2.5 mikrotozunun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik səviyyəsindən 24 dəfə çox olub. ÜST-ə görə, PM2.5 hissəcikləri xərçəng, insult və digər xəstəliklərlə əlaqələndirilir.

 

Qeyd edək ki, son illərdə Hanoy genişmiqyaslı tikinti və avtomobil emissiyalarına görə tez-tez dünyanın ən çirkli şəhəri kimi siyahıya alınır. Kömürlə işləyən elektrik stansiyalarının emissiyaları və kənd təsərrüfatı tullantılarının yandırılması problemi dərinləşdirir.

 

Dünya Bankının son hesabatına görə, Hanoy sakinlərinin 40%-i ÜST-nin tövsiyələrindən təxminən beş dəfə yüksək konsentrasiyalara məruz qalır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat