Modern.az

Ermənistan İranla sərhədə yeni yol çəkəcək

Ermənistan İranla sərhədə yeni yol çəkəcək

Dünya

6 Mart 2024, 09:52

Ermənistan İranla sərhədə yolun tikintisi ilə bağlı qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi-İdarəetmə və İnfrastruktur Nazirliyindən "Sputnik Armenia"ya bildirilib.

 

Məlumata görə, artıq şimal-cənub magistralının cənub istiqamətində tikinti işlərinə başlanılıb, Qacaran tuneli və 60 kilometrlik Sisian-Qacaran avtomobil yolunun, o cümlədən 27 körpü və 9 tunelin layihələri də hazırdır.

 

Layihənin tamamlanma tarixi və dəyəri bütün ərazilərdə inşaatçılarla müqavilələr bağlandıqdan sonra məlum olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat