Modern.az

29 ay ərzində 217 dəfə COVID vaksini vurdurdu

29 ay ərzində 217 dəfə COVID vaksini vurdurdu

Dünya

6 Mart 2024, 14:20

Almaniyada bir kişi müxtəlif peyvəndlərlə 217 dəfə koronaya qarşı vaksin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Maqdeburq sakini iddia edir ki, 29 ay ərzində o, COVID-19-a qarşı 217 dəfə - 8 müxtəlif peyvəndlə vaksin olunub. 134 peyvənd rəsmi olaraq təsdiqlənib. Onun motivləri haqqında heç nə məlum deyil.

 

Bir qrup tibb alimi bu qədər sayda peyvəndin onun orqanizminə necə təsir etdiyini müəyyən etmək üçün kişini müayinə edib. Təəccüblüdür ki, peyvəndi pərəstişkarı özünü əla hiss edir və sağlamlığı yerində olub.

 

Alimlərin fikrincə, peyvəndin çox olması onun immun sisteminə mənfi təsir göstərməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?