RF Başqırdıstanın gənc peyk şəhəri Agideldə mədəniyyət və idman məkanları şəbəkəsi üçün çox maraqlı konsepsiya həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə "Urbanina" kanalı məlumat yayıb.
"Agidel Waves" layihəsi şəhərin yenidən qurulmasının bir hissəsi kimi nəzərdə tutulub, məqsədi şəhər üçün əvvəllər çatışmayan əsl ictimai mərkəz yaratmaq olub.
Konsepsiya sovet modernizminə və çay dalğalarına əsaslanır. Vizual olaraq yaxşı görünsə də, əsas çatışmayan cəhət normal ağacların olmamasıdır.