Modern.az

Estoniya baş naziri Avrokomissiya rəhbərliyinə namizəddir? - Özü AÇIQLADI

Estoniya baş naziri Avrokomissiya rəhbərliyinə namizəddir? - Özü AÇIQLADI

Dünya

7 Mart 2024, 16:53

Estoniyanın baş naziri Kaya Kallas qarşıdan gələn Avropa Komissiyasının rəhbəri seçkilərində namizəd kimi irəli sürülmək təklifindən imtina edib.

 

Modern.az xəbər verir ki, o, qərarı verərkən müxtəlif tərəfləri nəzərdən keçirdiyini deyib.

 

"Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini diqqətlə nəzərdən keçirdim, lakin Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının (ALDE) rəhbərliyinə məlumat verdim ki, bu rolu öz üzərimə götürməyəcəm", - Kallas deyib.

 

Baş nazirin sözlərinə görə, onun namizədliyi Estoniyanın Avropadakı mövqeyini gücləndirə bilər. Ancaq baş nazir hesab edir ki, buna başqa yolla nail olmaq olar.

 

Qeyd edək ki, hazırkı rəhbər Ursula fon der Leyen yenidən namizəd olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat