Modern.az

Tramp Baydeni “Putinin kuklası” adlandırdı

Tramp Baydeni “Putinin kuklası” adlandırdı

Dünya

8 Mart 2024, 15:18

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin Konqres qarşısında etdiyi çıxışın Ağ Ev üçün biabırçılıq olduğunu bildirib.

Modern.az xəbər verir ki, Tramp sosial şəbəkəsində qeyd edib ki, Co Beyden ölkənin indiyə qədər ən pis çıxış edən prezidenti olub.

O hesab edir ki, Ağ Ev rəhbərinin xalqa illik müraciəti kinlə dolu, mərhəmətdən məhrumdur.

Siyasətçi Baydeni Rusiya prezidenti “Vladimir Putinin kuklası” da adlandırıb. O qeyd edib ki, Amerika lideri Ukrayna və “Şimal axını 2” də daxil olmaqla hər şeyi Moskvaya uduzub.

“O, Putinin, Si Cinpinin və demək olar ki, bütün liderlərin kuklasıdır”, - Tramp bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat