Modern.az

Yaponiya uçan avtomobil istehsalına başladı

Yaponiya uçan avtomobil istehsalına başladı

8 Mart 2024, 19:40

“Skydrive” şirkəti Yaponiyada “Suzuki” zavodunda “SD-05” (eVTOL) uçan avtomobilinin istehsalına başlandığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, İvata şəhərində yerləşən müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.

 

Salonda üç oturacağı olan “Skydrive SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub və şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir.

 

Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir. 2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat