Modern.az

Orban ABŞ-də Trampla görüşdü

Orban ABŞ-də Trampla görüşdü

Dünya

9 Mart 2024, 08:19

Macarıstanın Baş naziri Viktor Orban Floridadakı Mar-a-Laqo malikanəsində keçmiş ABŞ prezidenti Donald Trampla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Bertalan Havaşinin məlumat verib.

 

Məlumata görə, onların görüşü bir saat davam edib.

 

Orban və Trampın hansı mövzuları müzakirə etdiklərini açıqlamasa da, ABŞ-yə səfərdən əvvəl Macarıstan rəsmiləri Ukraynadakı vəziyyəti və iki ölkə arasındakı münasibətləri nəzərdən keçirəcəklərini bildiriblər.

 

Macarıstan hökuməti Trampın noyabr seçkilərində qalib gəlməsini və Ağ evə qayıtmasını arzuladığını gizlətmir. Orban ABŞ-nin keçmiş prezidentinin Ukrayna münaqişəsini həll edəcəyinə ümid bəsləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat