Modern.az

Bu seçkilər mənim üçün yekun olacaq - Ərdoğan

Bu seçkilər mənim üçün yekun olacaq - Ərdoğan

Dünya

9 Mart 2024, 08:45

“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün yekun olacaq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”, - deyə Türkiyə lideri bildirib.

 

Qeyd edək ki, Ərdoğan 2023-cü ildə prezident seçkilərinin ikinci turunda qalib gələrək ölkəni 5 il idarə etmək hüququ əldə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?