Modern.az

Netanyahu Baydenə cavab verdi: O, yanılır

Netanyahu Baydenə cavab verdi: O, yanılır

Dünya

10 Mart 2024, 22:49

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenə cavab verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Politico" qəzetinə müsahibəsində danışıb.

 

ABŞ prezidenti Co Bayden Netanyahunun Qəzza zolağındakı siyasətinin "İsrailə kömək etməkdən daha çox zərər verdiyini" bildirib.

 

“Əgər o, mənim israillilərin əksəriyyətinin istəklərinə zidd olaraq şəxsi siyasət yeritdiyimi və bunun İsrailin maraqlarına zərərli olduğunu nəzərdə tuturdusa, deməli, hər iki baxımdan yanılır”, - Baş nazir deyib.

 

Netanyahu nəşrə bildirib ki, onun siyasəti israillilərin böyük əksəriyyəti tərəfindən dəstəklənir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat