Modern.az

Yavaş seçiləcəyi təqdirdə qadınlara pulsuz HPV vaksinasiyası VƏD EDİB

Yavaş seçiləcəyi təqdirdə qadınlara pulsuz HPV vaksinasiyası VƏD EDİB

Dünya

11 Mart 2024, 11:58

Türkiyənin paytaxtı Ankara şəhərinin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş bələdiyyə sədri, sədrliyə yenidən namizəd olan Mansur Yavaş qalib gələcəyi təqdirdə səhiyyə sahəsində görüləcək işləri açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qadınların pulsuz şəkildə HPV vaksini olunacağını vəd edib.

 

"Biz yenə də səhiyyə sahəsində mühüm addımlar atacağıq. Alzheimer xəstələrinin və onların yaxınlarının həyat keyfiyyətini yaxşılaşdırmaq üçün pansionat açacağıq. Yeni açılan Ahılların Sağlam Yaşam Mərkəzi ilə böyüklərimizin sosial və müstəqil həyat sürməsinə şərait yaradacağıq.

 

Dünyanın və ölkəmizin ən böyük problemlərindən biri olan piylənmə ilə mübarizə üçün yeni planımız var. Pəhriz yardımı layihəmizlə ictimai sağlamlığımızı və məlumatlılığımızı artıracağıq.

 

Ən vacib məsələlərdən biri qadınlarımızın sağlamlığıdır. Bildiyiniz kimi, biz ilkləri ilə məşhur olan bir bələdiyyəyik. Biz Türkiyədə yenidən yeni bir cığır açacağıq. Uşaqlıq boynu xərçənginin qarşısının alınması məqsədilə 30 yaşa qədər və sosial dəstək alan qadınlar üçün HPV peyvəndinə başlayacağıq", - o deyib.

 

Qeyd edək ki, Türkiyədə yerli seçkilər 31 martda keçiriləcək.

Bu xəbər ilə bağlı
Süd vəzi xərçəngi ilə mübarizə aparanlar üçün oxunmalı 3 KİTAB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat