Gürcüstan hökuməti Kiyevdən hazırda Ukraynada mühüm vəzifələrdə çalışan Mixail Saakaşvili dövrünün məmurların ekstradisiyasını gözləyir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.
“Ukrayna baş prokurorunun müşaviri vəzifəsində Zurab Adeişvilinin, Ukrayna Əks-kəşfiyyat Xidmətinin rəis müavini postunda Georgi Lortkipanidzenin olması xüsusi narahatlıq doğurur. Gürcüstan hökuməti başa düşmür ki, Ukrayna hakimiyyəti niyə iki dost ölkəni və xalqı bir-birindən süni şəkildə ayırmağa yönəlmiş belə qərarlar verir. Ümid edirik ki, bu qərarlara yenidən baxılacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra keçmiş məmurlara qarşı kütləvi cinayət işləri açılıb.