Modern.az

Peskovdan Hərbi Dəniz Qüvvələrinə komandan təyinatına REAKSİYA

Peskovdan Hərbi Dəniz Qüvvələrinə komandan təyinatına REAKSİYA

11 Mart 2024, 13:54

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov admiral Aleksandr Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsini icra edən təyin olunmasına dair xəbəri şərh etmək istəməyib.

Modern.az-ın məlumatına görə, Peskov jurnalistlərə bununla bağlı açıq fərmanın olmadığını deyib.

O bildirib ki, açıq olmayan fərmanı şərh edə bilməyəcək

“Məxfi kimi təsnif edilən fərmanlar var, onlara şərh verə bilmərəm. Bununla bağlı dərc edilən açıq fərman olmayıb”, - Peskov bildirib.

Bundan əvvəl mətbuatda Rusiya prezidenti Vladimir Putinin admiral Aleksandr Moiseyevin Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı səlahiyyətlərini icra edən təyin edilməsi haqqında fərman imzalaması ilə bağlı məlumatlar yayılıb.

Digər məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynadan artan hücumlardan sonra Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenovu vəzifəsindən azad edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat