Modern.az

Peskov "ağ bayraq"dan, enerji şantajından və Tramp-Orban görüşündən DANIŞDI

Peskov

Dünya

11 Mart 2024, 14:04

"Rusiya kəşfiyyat xidmətləri uzun müddətdir Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlara malikdir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov iddia edib.

 

"Papa Ukrayna üçün “ağ bayraq”dan danışaraq, danışıqların tərəfdarı olduğunu söylədi. Kiyev Qərbin dəstəyi ilə Rusiya Federasiyası ilə danışıqların mümkünlüyünü qəti şəkildə inkar edir. Kiyev və Qərbin Rusiya Federasiyasını strateji məğlubiyyətə uğratmaq niyyəti çox böyük səhvdir, bunu döyüş meydanında baş verən hadisələr sübut edir", - sözçü iddiasını davam etdirib.

 

"Kreml Sandunun Rusiyanın enerji şantajından istifadə etməsi ilə bağlı ittihamlarını əsassız hesab edir. Kreml Trampla görüşdən sonra Orbanın şərhləri ilə tanış olub, lakin hələlik bu barədə konkret bir söz yoxdur", - Peskov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat