Modern.az

Ukraynalı qaçqın və məcburi köçkünlərin SAYI

Ukraynalı qaçqın və məcburi köçkünlərin SAYI

Dünya

11 Mart 2024, 15:14

Fevralın 15-nə olan məlumata görə, 6,004 milyon ukraynalı müharibədən Avropaya getmək üçün Ukraynanı tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT QAK-ın yenilənmiş məlumatları açıqlanıb.

 

Ümumilikdə dünyada 6,48 milyon ukraynalı qaçqın var. Yenilənmiş məlumatlara görə, bu, ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 29 min və 30 min çoxdur.

 

Ukraynanın özündə, BMT-nin noyabrın 6-na olan məlumatlarına görə, əvvəlki təxmin edilən 5,088 milyon ilə müqayisədə 3,674 milyon məcburi köçkün var.

 

"Eurostat" məlumatlarına görə, 2024-cü ilin yanvar ayının sonunda Ukraynadan müvəqqəti müdafiə alan əsas Aİ ölkələri Almaniya (1,27 milyon nəfər; ümumi sayının 29,5%-i), Polşa (951,56 min nəfər; 22,1%) və Çexiya (381,19 min nəfər; 8,9%) olub.

 

Bu üç ölkənin ümumi payı 60,5%-dir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat