Modern.az

İsveç bayrağı NATO mənzil-qərargahında

İsveç bayrağı NATO mənzil-qərargahında

11 Mart 2024, 15:30

NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağı qaldırılıb.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

 

O bildirib ki, İsveçin alyansa daxil olması Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi məqsədlərdə uğursuzluğa düçar olduğunu sübut edir.

 

Stoltenberqin sözlərinə görə, Rusiyanın təcavüzünə görə, təkcə İsveç və Finlandiya NATO-nun müdafiə çətiri altına girməyib, həm də indi Ukrayna NATO üzvlüyünə əvvəlkindən daha yaxındır.

 

İsveç Şimali Atlantika Alyansına qoşulan 32-ci ölkə oldu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat