Konqo Demokratik Respublikasında ağır yol qəzası baş verib.
Modern.az xəbər verir ki, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 18 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yük avtomobili sürücüsünün sürət həddini aşması səbəb olub.