Modern.az

Zelenskidən Makronun Ukraynaya qoşun göndərilməsi təklifinə REAKSİYA

Zelenskidən Makronun Ukraynaya qoşun göndərilməsi təklifinə REAKSİYA

11 Mart 2024, 23:29

Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərini şərh edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Fransanın BFM TV telekanalına müsahibəsində danışıb.

 

Onun fikrincə, Makronun bəyanatı ilk növbədə Rusiya prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlı olub.

 

“Onun heç nəyi istisna edə bilməyəcəyi deməsi, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna müqavimət göstərdikcə, Fransa ordusu Fransa ərazisində qala bilər. Lakin Putin başqa bir NATO ölkəsinə hücum etməyi bacararsa, vəziyyət tamamilə fərqli olacaq”, - deyə Zelenski bildirib.

 

O əlavə edib ki, fransalı hərbçilər Ukraynada ölməyəcək, çünki ölkə NATO üzvü deyil.

 

Zelenskinin sözlərinə görə, hazırda Ukrayna ərazisində xarici qoşunlara ehtiyac yoxdur, lakin o, Ukraynaya gəlib hərbi texnikanın təmirinə kömək edə biləcək texniki heyət haqqında düşünməyi təklif edib. Söhbət Avropaya təmir üçün göndərilən "Leopard" tanklarından və "Sezar" artilleriya qurğularından gedir.

 

NATO-nun baş katibi Yens Stoltenberq Emmanuel Makronun bəyanatından dərhal sonra alyansın qoşunların Ukrayna ərazisində yerləşdirilməsi planlarını rədd edib. O, həmçinin vurğulayıb ki, NATO ölkələri bu cür qərarları yalnız birgə məsləhətləşmələrdən sonra qəbul etməlidir. Ukraynaya qoşun yeritmək ideyası Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Slovakiya, Çexiya və İsveç tərəfindən dəstəklənməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat