Modern.az

Nüvə üçün 19.8 milyard dollarlıq TƏKLİF

Nüvə üçün 19.8 milyard dollarlıq TƏKLİF

Dünya

11 Mart 2024, 23:54

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib.

 

“Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilir.

 

Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat