Modern.az

Fransa, Almaniya və Polşa liderləri toplanır - Ukrayna üçün

Fransa, Almaniya və Polşa liderləri toplanır - Ukrayna üçün

Dünya

13 Mart 2024, 10:44

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Polşa baş naziri Donald Tuskun Ukrayna üçün Belrin şəhərində görüşəcəkləri bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzetinə danışan mənbə məlumat verib.

 

Bildirilib ki, Fransa prezidenti Emmanuel Makaron və Polşanın baş naziri Donald Tusk Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-də Berlində Almaniya kansleri Olaf Şolts ilə görüşəcəklər.

 

Mənbənin sözlərinə görə, görüşün məqsədi Avropa İttifaqı daxilində fikir ayrılıqlarının artdığı barədə mətbuatda yazılanlara baxmayaraq, liderlərin Ukrayna ilə bağlı işlərində yekdil olduğunu göstərməkdir.

 

İclasda heç bir sazişin imzalanması və ya elan edilməsinin nəzərdə tutulmadığı qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat