Modern.az

Lui Bono Qriqoryanla danışıqlar apardı 

Lui Bono Qriqoryanla danışıqlar apardı 

Dünya

13 Mart 2024, 19:31

ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bono İrəvanda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qriqoryan özünün feysbuk səhifəsində yazıb.

 

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər Ermənistan-ABŞ münasibətlərini də müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat