Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında Alma-Ata Bəyannaməsinin Ermənistan-Azərbaycan sülh danışıqlarının əsasına çevrilməsinin səbəbindən danışıb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
“Alma-Ata Bəyannaməsi ona görə seçilib ki, bu, Azərbaycan və Ermənistanın 1991-ci il sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığı ilk və əsas sənəddir”, - deyə Ararat Mirzoyan bildirib.
Qeyd edək ki, Alma-Ata Bəyannaməsi ilk dəfə tərəflərin Avropa Siyasi Birliyinin Praqa zirvəsi çərçivəsində görüşündə xatırlanıb.