Modern.az

Vulkan püskürdü, fövqəladə vəziyyət elan olundu - YENİLƏNİB

Vulkan püskürdü, fövqəladə vəziyyət elan olundu - YENİLƏNİB

Dünya

17 Mart 2024, 17:13

Reykjanes yarımadasında növbəti - dekabrdan bəri dördüncü vulkan püskürməsindən sonra İslandiyanın cənubunda fövqəladə vəziyyət elan edilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, lava əhalisi təxliyə edilmiş kiçik Qrindavik şəhərinin şərqinə çatıb.

 

Qeyd edək ki, vulkan püskürməsi dünən yerli vaxtla saat 20.00-da başlayıb. İslandiya Meteorologiya İdarəsi püskürən lavanın həcminin və lava axınının sürətinin hazırda azalmasının müşahidə olunduğunu açıqlayıb. İslandiyanın mülki müdafiə qurumunun direktoru Vidir Reynisson lava axınına qarşı mümkün olan hər şeyin edildiyini, ancaq ən böyük narahatlığın lavanın infrastruktura təsir ilə bağlı olduğunu qeyd edib.

 

***

08:47

 

İslandiyanın Reykyanes yarımadasında dörd ay ərzində dördüncü dəfə vulkan püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya Mərkəzi (IMO) məlumat yayıb. Təbiət hadisəsinə görə Qrindavik şəhərinin sakinləri və turistlər təxliyə edilib.

 

Qeyd edək dekabr ayında baş verən ilk vulkan püskürməsi nəticəsində 3 ev lavanın altında qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat