Rusiyada keçirilən prezident seçkilərinin səsverməsi zamanı bir sıra maraqlı hadisələr yaşanıb.
Modern.az xəbər verir ki, belə hadisələrdən biri seçicinin bülletendə hazırkı dövlət başçısı Vladimir Putinin adı yazılmış qrafaya digər ölkə rəhbərinin ad-soyadını qeyd etməsilə bağlı olub.
Belə ki, seçki məntəqəsindəki gizli səsvermə zamanı naməlum seçici səsvermə bülletenində Vladimir Putinin qrafasına Ermənistanın baş naziri Nikol Paşinyanın ad-soyadını yazıb. Həmin bülletenin şəkli sosial şəbəkələrdə də peyda olub.
Ermənistan KİV-ləri bu hadisə ilə əlaqədar baş nazir N.Paşinyanı məsxərəyə qoyublar.
Rusiyada martın 17-də keçirlmiş seskilərin ilkin nəticələrinə görə, namizədliyi özü tərəfindən irəli sürülən hazırkı dövlət başçısı Vladimir Putin 87%-dən çox səs toplayıb.
Rusiya Kommunist Partiyasının namizədi Xaritonov 4,6% səs toplayıb. Üçüncü yeri 4,2 faizlə “Yeni insanlar”ın namizədi Vladislav Davankov tutub. Leonid Slutski 3 faizlə sonuncu yerdədir.
A.Qorxmaz