Gürcüstanda ən məşhur avtomobil rənginin hansı olduğu məlum olub.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidmətinin məlumatları dərc olunub.
Məlumata görə, bu, boz rəngdir. Boz rəngdə olan avtomobillər 28% təşkil edir.
Say etibarilə göstəricilər aşağıdakı kimidir:
boz - 438 780 avtomobil;
ağ - 366 063;
qara - 228 876;
mavi - 214 895;
qırmızı - 130 351;
yaşıl - 102 334;
sarı - 63 947;
qalanları - 102 373.
Qeyd olunub ki, Gürcüstanda ümumilikdə 1 563 165 avtomobil var.