Gürcüstanın “Xalqın Gücü” ictimai hərəkatı siyasi partiyaya çevriləcək.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bu gün keçiriləcək təsis qurultayında partiyanın baş komitəsinin tərkibi və sədri seçiləcək, partiyanın nizamnaməsi və strukturu təsdiqlənəcək, səslərin hesablanması komissiyasının tərkibi seçiləcək.
"Xalqın Gücü" ABŞ və digər Qərb ölkələrini tənqid etməsi ilə tanınır. O, 2022-ci ilin avqustunda “Gürcü Arzusu”ndan ayrılan deputatlar tərəfindən "siyasətin pərdə arxasında baş verən hadisələri əhaliyə çatdırmaq üçün" yaradılıb.