Modern.az

Gürcüstan NATO-nun ən sadiq və etibarlı tərəfdaşlarından biridir - Baş nazir

Gürcüstan NATO-nun ən sadiq və etibarlı tərəfdaşlarından biridir - Baş nazir

18 Mart 2024, 17:22

"Gürcüstan NATO-nun ən sadiq və etibarlı tərəfdaşlarından biridir".

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra brifinqdəki çıxışında bəyan edib.

 

"Biz Baş katibin Gürcüstanın işğal olunmuş ərazilərində baş verən hadisələrlə bağlı vaxtında və ədalətli bəyanatlarını yüksək qiymətləndiririk", - o əlavə edib.

 

Qeyd edək ki, Stoltenberq hazırda Tiflisdə səfərdədir.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat