İraq və İsveç vətəndaşlığı olan İraqın keçmiş müdafiə naziri Nəcah əl-Şəmari Stokholm hava limanında həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə SVT kanalı məlumat yayıb.
O, İsveçdə qeyri-qanuni müavinət almaqda şübhəli bilinir.
Sabiq nazirin bir ildir axtarışda olduğu bildirilir.
Əl-Şəmari 2011-ci ildə İsveçə köçüb, 2015-ci ildə vətəndaşlıq alıb.