“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin çatdırdığı məlumatlar Rusiyanın kütləvi dezinformasiyadan sistemli istifadəsinə daha bir nümunədir.
Biz bu tip kampaniya vasitəsilə hər hansı alətləşdirmənin qarşısını almaq üçün maksimum sayıq olmağa çağırırıq”.
Modern.az xəbər verir ki, bunu Fransa Müdafiə Nazirliyi bəyan edib.
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin bildirmişdi ki, Rusiyada Fransanın Ukraynaya göndərilmək üçün hərbi personal hazırlaması barədə məlumat var, ilkin mərhələdə bu kontingent təxminən 2 min nəfər təşkil edəcək.
Onun sözlərinə görə, Fransa tərəfi belə bir bölmənin sakitcə Ukraynaya köçürə və orada yerləşdirə bilməyəcəyindən ehtiyatlanır.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməmişdi.