Ermənistanın Şirak bölgəsində yerləşən poliqonda keçirilən hərbi təlimlər zamanı Rusiya ordusunun 22 yaşlı əsgəri Roman Şaternikov ölüb.
Modern.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.
Hərbçi boyun və gövdənin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb.
Tibb işçiləri onu xilas edə bilməyib.