Modern.az

NATO rəsmisindən bəyanat: “Rusiya ilə müharibəyə hazırıq”

NATO rəsmisindən bəyanat: “Rusiya ilə müharibəyə hazırıq”

22 Mart 2024, 13:12

“NATO Rusiya ilə potensial müharibəyə hazırdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Kiyevə səfəri zamanı “Army Inform” nəşrinə müsahibəsində deyib.

 

“Biz hazırıqmı? Cavab: Bəli! Bu bizim qarşımıza qoyduğumuz əsas məqsəddir - hazır olmaq. Əgər bu gün baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalıyıq. Bu, həmişə bu günə hazırlıqlı olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin kombinasiyasıdır”, - deyə Bauer vurğulayıb.

 

O qeyd edib ki, NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə hələ 2014-cü ildə Krımın işğalından sonra düşünməyə başlayıb.

 

“Bu, çox vacib bir məqam idi ki, NATO-nun kollektiv təhlükəsizliyə qayıtmağın zəruri olduğunu anladıq. Bu, bizim əsas məqsədlərimizdən biridir. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə reaksiya verilməsi üzərində cəmləşmişdik”, - deyə rəsmi əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat