Modern.az

ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı 

ABŞ-ın dəstəyi olmasa da, Rəfahda əməliyyat keçirəcəyik - Netanyahu sərt danışdı 

Dünya

22 Mart 2024, 19:29

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı tərəflər ABŞ-ın HƏMAS-a qarşı müharibədə İsrailə dəstəyini müzakirə ediblər.

 

Görüş zamanı İsrailin Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planları da müzakirə edilib.

 

Netanyahu ABŞ-ın dəstəkləmədiyi halda belə əməliyyatı həyata keçirməkdən imtina etmək fikrində olmadığını bəyan edib.

 

“Rəfaha girmədən və orada qalan briqadaları məhv etmədən HƏMAS-ı məğlub etmək üçün heç bir yolumuz yoxdur. Mən ona (Entoni Blinken - red.) dedim ki, ümid edirəm ki, biz bunu ABŞ-ın dəstəyi ilə edəcəyik. Amma əgər məcbur olsaq, bunu özümüz edəcəyik”, - Netanyahu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?