Modern.az

Martda 36 nəfər özünü öldürüb, 12 nəfər intihara cəhd edib

Martda 36 nəfər özünü öldürüb, 12 nəfər intihara cəhd edib

29 Aprel 2010, 10:39

Hər ötən ayda qeydə alınan intihar hadisələri barədə yekun statistikanı oxucuların diqqətinə çatdıran Modern.az-ın məlumatına görə, martda Azərbaycanda 36 nəfər həyatına qəsd  edib. Onlardan 26-sı kişi, 10-u qadındır. Ötən ay öz həyatına qəsd edənlərin 5-i məktəbli və yeniyetmə (3 oğlan, 2 qız) olub.

Məktəbli və yeniyetmələrin intiharı Sumqayıt şəhərində ruhi xəstə olduğu bildirilən 17 yaşlı Kamal Həsənzadə gecə hamamda özünü asıb. Bakı Elitar Gimnaziyasının 11-ci sinif şagirdi Pərvin Əsgərova da həyatına hamamda qəsd edib. Əslən Gəncə şəhərindən olan Pərvin atası olmadığından Bakıda anası ilə yaşayırmış. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 11-ci sinif şagirdi Tapdıq Mehdiyev özünü 9-cu mərtəbədən atıb. İmişli rayonu, Qaralar kənd sakini, 16 yaşlı Asif Əliyev qoyun otaran zaman özünü asıb. 17 yaşlı Zərdab rayon sakini Orxan Mürşüdzadə də həyatına qəsdi özünü asmaqla həyata keçirib. Atası Rusiyada yaşayan Orxan evin tək oğlu olub və intiharın səbəbi açıqlanmır.   Nişanlı qız özünü niyə asıb? Mart ayında qeydə alınan intiharların 5-ni qadınlar reallaşdırıblar. Astara rayonu, Lovain kənd sakini 18 yaşlı nişanlı qız Əfsanə Həsənova özünü məlum olmayan səbəbdən asıb. İki uşaq anası 30 yaşlı Ağdam rayon Xındırıstan kənd sakini Fidan Kazımova Paşabəyli kəndində atasına məxsus evdə özünü asıb. Bu intiharın da səbəbi açıqlanmayıb. Astara rayonu, Hamisan kənd sakini 19 yaşlı Şamilə Abdullayevanın özünə qəsdinin səbəbi isə ilkin ehtimallara görə dünyaya uşaq gətirə bilməməsi olub. O, bir neçə dəfə hamilə qalsa da,  uşaq tələf  olub. Qaradağ rayonunda isə 20 yaşlı tələbə qız özünü 7-ci mərtəbədən atıb. İntihar edən Gülər Buğdalıyeva Bakı Baza Tibb Texnikumunun 4-cü kurs tələbəsi olub. Səbəbi sevdiyi oğlanla aralarında yaranan mubahisə və küsülü olması göstərilib.  Şəki rayonu, Böyük Dəhnə kənd sakini, 54 yaşlı Gülmayi Qasımova üzərinə benzin tökərək özünü yandırıb. Səbəbi açıqlanmasa da, onun ruhi xəstə olduğu bildirilib.   Ən çox intihar cənubda baş verib Mart ayında ən çox intihar cənub bölgəsində baş verib. Burada həyatına qəsd edənlərin 3-ü Astara (ikisi qadın, biri kişi), 1 nəfər Lənkəran sakinidir. Bölgələrdən olan bəzi şəxslər isə özlərinə paytaxt ərazisində qəsd ediblrə. Astaralı 53 yaşlı Əmənulla Əliyev özünü Suraxanı rayonu, Bülbülə qəsəbisində kirayə qaldığı evdə kəmərlə boğub. Tovuz rayon sakini də Bakıda intihar edib. Mobil İbrahimov metronun "Əzizbəyov" stansiyasanda özünü qatarın altına atıb.   Kişilərin intiharı

Hadisələr göstərib ki, Azərbaycanda insanlar həyatlarına müxtəlif yollarla qəsd edirlər. İntihar edənlərin əksəriyyəti bunu özlərini asmaqla həyata keçirir və bu yolu seçənləri nə ailə üzvləri, nə də ətraflarındakı digər adamlar xilas edə bilir. Mart ayında intihar edənlərin əksəriyyəti özlərini müxtəlif yerlərdən asıblar. 49 yaşlı Yevlax şəhər sakini Elxan Əliyev isə sican dərmanı içərək həyatına qəsd edib. Onun borcu olduğuna görə intihar etdiyi bildirilib. Səyyar satışla məşğul olan (3 uşaq atası) mərhumun 10 min dollar borcu olduğu ehtimal olunub. Mart ayında da müəmmalı intiharlar qeydə alınıb. Göyçay rayonu, Ərəbcəbirli kənd sakini, 59 yaşlı Fəxrəddin Şıxıyev özünü Yuxarı Şirvan kanalına atıb. 3 uşaq atası olan Şıxıyevin ailəsində heç bir problem olmayıb. Kənddə fərdi təsərrüfatla məşğul  olub. O, intihardan bir neçə  saat əvvəl bacanağı  ilə görüşərək ona özünü öldürəcəyini deyib.   Ötən ay hərbçi intiharı da qeydə alınıb. Kürdəmir rayonu, Sorsor kəndində Ərəbxana kənd sakini, rayondakı “N” saylı hərbi hissənin giziri bacısının evində özünü asıb. 22 yaşlı Asim Hüseynovun valideynləri Rusiyada yasayıb və o, xalası qızı ilə nişanlı olub. Onun toy ərəfəsində intiharının səbəbləri açıqlanmayıb. Abşeron rayonu, Novxanı kənd sakini Tərlan Əliyev də kimyəvi maddə içərək özünə qəsd edib. Mart ayında Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında da intihar faktı qeydə alınıb. Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilmiş Cəlilabad rayon sakini, 22 yaşlı Ceyhun Zərbəliyev özünə qəsd edib. O, parça ilə özünü təcridxananın dəmir barmaqlıqlarından asıb. Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, təqsirləndirilən şəxsin özünə qəsd etməsi şəxsi həyatı ilə əlaqəlidir. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə açıqlamasında mərhumun işgəncəyə məruz qalması barədə məlumat aldığını söyləyib. O, deyib ki, Ceyhun Zərbəliyevin ailəsi artıq hadisə ilə bağlı komitəyə müraciət edib. Ailə üzvlərinin dediyinə görə, meyitin üzərində çoxsaylı xəsarətlər olub. Bu da onun işgəncəyə məruz qaldığını düşünməyə əsas verir. Yanlışlıq intihara səbəb olub

 

Xaçmaz rayonunda 76 yaşlı İsmayıl Abıyev yanlışlıq nəticəsində intihar edib. O, əvvəllcə 69 yaşlı həyat yoldaşı Qəmərlə mübahisə edib və onu odunla döyüb. Qadın huşunu itirib, kişi həyat yoldaşını qətlə yetirdiyini zənn edərək özünü asıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimalı irəli sürülüb. Səbail rayonunda Bayıl qəsəbə sakini, 58 yaşlı Vahid Nəcəfov özünü ov tüfəngi ilə güllələyib.   Keçmiş vəkillərin özlərinə qəsdi Martda keçmiş vəkil, Vəkillər Kollegiyasının üzvü olan Adil İbrahimov Bərdə rayonunda intihar edib. Onun əvvəllər də qohum-əqrabası arasında özünü öldürəcəyi haqda fikirlər səsləndirdiyini bildirilib. Qeyri-rəsmi məlumatlara görə, intihardan əvvəl məktub da yazıb. Şirvan şəhərində intihar edən isə keçmiş vəkil, həm də əvvəllər müstəntinq işləmiş 55 yaşlı Rafiq Mirzəyev olub. Bərdə rayonu, Qaradırnaq kənd sakini Elşad Mustafayev də sərxos halda ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Sumqayıt şəhərindəki intihar olayı isə daha dəhşətli olub. 25 yaşlı Asim Mahmudov bıçaqla bogazının sağ və sol nahiyəsini kəsərək özünə qəsd edib. Onun ruhi xəstə olduğu səbəbindən intihar etdiyi bildirilib. Mart ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kurs müdavimi Ayxan Tağıyev də naməlum səbəbdən özünü asıb.      Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində narkotik qaçaqmalçılığında təqsirləndirilərək həbs edilən şəxs özünü öldürüb. 51 yaslı Sədrəddin Seyfullayev özünü müalicə müəssisəsində asıb. Onun özünü qəsd etməsinin səbəbləri barədə məlumat verilməyib. Ötən ay bir Azərbaycan vətəndaşı Turkiyədə intihar edib. Mart ayında 12 intihara cəhd faktı qeydə alınıb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi