Modern.az

Terrora görə daha 3 nəfər tutuldu

Terrora görə daha 3 nəfər tutuldu

Dünya

25 Mart 2024, 20:18

“Crocus City Hall” mərkəzində törədilmiş terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, Amincon, Dilovar və İsroil İslamovlar məhkəməyə gətirilib. Rusiya məhkəməsi onlar barəsində həbs qətimkan tədbiri seçib.

 

Dilovar İslamov terrorçuların istifadə etdikləri “Renault” markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar – Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?