Modern.az

Cümə məscidində YANĞIN

Cümə məscidində YANĞIN

Dünya

25 Mart 2024, 23:19

Martın 25-də axşam saatlarında Tbilisinin mərkəzindəki Cümə məscidində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, yanğın məscidin dəstəmaz alınan otağında qeydə alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Lakin yanğının elektrik xətlərində yaranan qısa qapanmadan baş verdiyi ehtimal olunur.

 

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası alovun məscidin digər otaqlarına və ətraf binalara keçməsinin qarşısını alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?