Modern.az

Suriyaya zərbələr endirildi - Ölənlər var 

Suriyaya zərbələr endirildi - Ölənlər var 

Dünya

26 Mart 2024, 08:23

Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

 

Zərbə bir neçə nəfərin ölümünə səbəb olub. Ölən və yaralananların dəqiq sayı məlum deyil.

 

“Al Mayadeen” hücumun ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini iddia edib. Telekanalın məlumatına görə, əl-Bukamal şəhərindəki əs-Salihiyyə bölgəsi, əl-Məyadindəki yaşayış məntəqələri və Deyr əz-Zordakı əl-Qusur bölgəsi zərər görüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?