Modern.az

Tokayev Çinə səfər edəcək

Tokayev Çinə səfər edəcək

Dünya

27 Mart 2024, 10:11

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 28-29-da Çində işgüzar səfərdə olacaq.

Modern.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Akorda” (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan dövlət başçısının səfər proqramına Boao Asiya Forumunun sessiyasında iştirak da daxildir.

Qeyd edilib ki, Kasım-Jomart Tokayev səfər çərçivəsində Çin rəhbərliyi, beynəlxalq təşkilatların və Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, Boao Asiya Forumu-2024 tədbirinin illik toplantısı martın 26-da başlayıb və martın 29-dək Çinin cənubundakı Haynan əyalətində davam edəcək. Bu il tədbirə dünyanın 60-dan çox ölkə və regionundan 2 minə yaxın nümayəndə qatılıb. Görüşün əsas mövzusu “Asiya və dünya: ümumi çağırışlar, ümumi məsuliyyət”dir.

Gündəliyə qlobal iqtisadiyyat, elmi və texnoloji innovasiyalar, sosial inkişaf, beynəlxalq əməkdaşlıq və çağırışlara birgə cavab kimi məsələlər daxildir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?